Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:00

«Yaxşı Cazibə» Azərbaycanda niyə pis qarşılandı? [Video]


«Yaxsı Cazibə» Azərbaycanda niyə pis qarsılandı?
Gözlə

No media source currently available

0:00 0:54:34 0:00
Direct-ə keçid
«Facebook»da fan səhifəsini 270 mindən çox adam bəyənmişdi. Bircə final seriyası ilə ondan xəbərsizlər də xəbərdar oldu.

Söhbət sonuncu seriyası ilə Azərbaycanda və Türkiyədə söz-söhbətə yol açan «Yaxşı Cazibə» serialından gedir.

Filmin qəhrəmanı - azərbaycanlı qız Cazibənin sonda «fırıldaqçı» kimi təqdim olunması niyə qəzəb yaratdı?

Bir qrup «Facebook» istifadəçisinin yaratdığı ««Yaxşı Cazibə»nin rejissoru Azərbaycan xalqından üzr istəsin» qrupu istədiyinə nail ola bildimi?

Bütün bu suallara cavablar Azadlıq Facebook Məkanında.

Studiyada qonaq olan kino-tənqidçi Aygün Aslanlı dedi ki, Cazibə serialda əvvəldən fırıldaqçı kimi təqdim olunmuşdu, saxta nikaha girmişdi, sonunda fırıldaqçı kimi də onu yola saldılar:

«Yəni sonluq göydən düşməmişdi. Tamaşanı ekran qarşısında saxlamaq məqsədilə belə sonluq oldu. Hamı gözləyirdi ki, axırı toy, xoşbəxtlik, belə bir seriya olacaq. Gani Müjdə Türkiyədə bu cür fəndləri ilə tanınır. Özünü gündəmdə saxlamaq üçün belə bir üsuldan istifadə edib».

Jurnalist Lalə Mehralıya görə, Cazibə Azərbaycan qadınının ümumiləşdirilmiş obrazıdır:

«Uydurma obraz deyil. Türkiyədə xaricilərlə iş şöbəsi və xarici işlər nazirlikləri ilə əlaqə saxlamışdım. Öyrənmişdim ki, 2005-ci ildən 2011-ci ilə qədər bu ölkədən 6 mindən çox qadın deportasiya olunub. Onların arasında Cazibə kimi saxta nikaha girənlər də vardı. Hesab edirəm ki, Türkiyədə kifayət qədər «Cazibə» var. Azərbaycan qadınlarının Türkiyədə, el dili ilə desək, çıxarmadığı hoqqa qalmayıb».

Verilişə telefonla qoşulan, «Facebook»da yaradılmış ««Yaxşı Cazibə»nin rejissorları Azərbaycan xalqından üzr istəsin» qrupunun ideya müəlliflərindən biri Rahim Sadıqbəyli isə «Yaxşı Cazibə» serialını heç də sənət əsəri saymır:

«Biz özümüz bu Cazibəni çox ictimailəşdirmişdik. Buna ehtiyac yox idi. Amma hesab edirəm ki, Azərbaycan qadınını belə təqdim etdikləri üçün üzr istəməlidirlər. Bizim bu təpkimizdən sonra onlar bir də azərbaycanlı obrazı yaradanda düşünəcəklər ki, nəsə yerində olmasa, problem yarana bilər».

Türkiyədə yaşayan azərbaycanlı aktrisa, «Yaxşı Cazibə» serialının baş məsləhətçisi Məlahət Abbasova isə ona «Yaxşı Cazibə» filminin sifarişçisi «Süreç film»dən yeni sifariş gəldiyini dedi:

«Xidmətçi rolunu mənə təklif edirdilər, adı da Mehriban olacaqdı. Təsəvvür edirsizmi onlar bununla nə demək istəyirdilər?» söyləyən aktrisa təklifdən imtina etdiyini bildirdi:

«Sonuncu seriyadan sonra hamımız şok keçirdik. Peşəkar yanaşma olmadı. Türk seyrçiləri də biganə qalmadı. Bir seyrçi yazmışdı ki, bravo, demək 92 seriya ilə bizim hisslərimizlə oynamısız. Amma bunu da demək istəyirəm. Mən 21 ildir Türkiyədə yaşayıram. Bura Azərbaycandan müəllim, həkim peşəsi olan qadınlar gəlib, aylıq 300-400 dollarlıq maaşa işləyirlər. Maddi imkansızlıqdan gəlirlər. Azərbaycanda onlar bu maaşı qazana bilsəydilər, Türkiyədə bu əziyyətə qatlaşmazdılar. Bir az da dönüb özümüzə baxaq».

Verilişi ətraflı burada dinlə


XS
SM
MD
LG