Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:12

«Tələbələrin yeganə problemi zamanın düzgün idarə olunmamasıdır»


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

-
«Əlbəttə ki, problemlər, diqqət ayırmalı olduğumuz sahələr var, amma biz işimizi daha peşəkar qurmalıyıq»

3 ildir fəaliyyət göstərən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyir ki, hədəfləri ATGTİ-ni ən güclü təşkilatlar arasına çıxarmaqdır.

«Flashmob»un qonaqları ATGTİ-nin sədri Şahin İsmayılov və icraçı direktoru İradə Dadaşovadır.

2009-cu ilin noyabrın 20-də yaranmış İttifaq özündə 39 universitet və texnikumu cəmləyir.

«Tələbə gənclər təşkilatları texnikum və universitetlərdə 2005-ci ildən yaranmağa başlayıb. 2009-cu ildə tələbə gənclər təşkilatlarının bəzi sədrlərindən ibarət təşkilat komitəsi yaradıldı. Fikirləşdik ki, fəaliyyətimizi birləşdirsək, işimizi daha effektiv qura bilərik və beləcə bütün Azərbaycanı əhatə edən bir təşkilat yaradıldı».

Bunu İttifaqın sədri Şahin İsmayılov deyir və əlavə edir ki, yarananda müəyyən təşkilati çətinliklər olsa da, işlərini tədricən qurublar. 2 il ərzində 250-ə yaxın layihə həyata keçiriblər.

İttifaq birbaşa üzvlər qəbul etmir, ona ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə gənclər təşkilatları vasitəsilə üzv olmaq olur. Ümumilikdə, layihələrində 60 min tələbə iştirak edib:

«Nəzərə alsaq ki, ali təhsil müəssisələrdə 124 minə yaxın tələbə var, bu, o deməkdir ki, 2 ildə işimizi normal qura bilmişik».

İttifaqın icraçı direktoru İradə Dadaşova tələbələrin problemlərindən danışarkən deyir ki, Azərbaycan kifayət qədər inkişaf etmiş ölkəyə çevrilib və kifayət qədər resurslar var:

«Yetər ki tələbə bunlardan faydalanmaq istəsin. Tələbə dil biliyini artırmaq istəyirsə, bunun üçün şərait var. Pullu və pulsuz kurslar, mərkəzlər var ki, bunu həyata keçirilər. Kitabxanalar, kitab mağazaları var. Təbii ki, problemlər var, bunu danmaq olmaz, amma hər halda, tələbənin istəyindən də çox şey asılıdır. Oxumaq istəyirmi, istəmirmi? Nəyə daha çox vaxt ayırmaq istəyir? Düşünürəm ki, tələbələrin belə qlobal bir problemi yoxdur, yeganə yataqxana problemidir. Dövlət artıq bunun üstünə düşüb, yəqin ki, həllini tapacaq».

Şahin İsmayılovun fikrincə isə, tələbələrin əsas problemi zamanın düzgün idarə olunmamasıdır. Zaman düzgün idarə olunmur.

Sədr həmçinin deyir ki, tələbələrin dil bilikləri olduqca inkişaf edib:

«Sevindirici haldır ki, beynəlxalq qonaqlar gələndə biz artıq kənardan tərcüməçi axtarmırıq, tələbələr iştirak edə bilirlər. Bizdə xüsusi baza var, orda yapon dilindən tutmuş macar dilinə qədər bilən tələbələrin adları var. Mən həmişə demişəm, azərbaycanlı tələbələr, Azərbaycan gəncliyi çox istedadlıdır».

Verilişin tam versiyasını buradan dinləmək olar:


XS
SM
MD
LG