Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

Orxan Kərimovun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib


Orxan Kərimov

Orxan Kərimov

Təhsil Nazirliyi maliyyə şöbəsinin keçmiş müavini Orxan Kərimovun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.

Orxan Kərimovun vəkilləri bu günkü məhkəmə prosesində onun xəstə olduğunu nəzərə alaraq, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər.

Bu vaxt Orxan Kərimovun səhhətində yenidən problem yaranıb və o, huşunu itirib. Dərhal məhkəməyə təcili yardım çağırılıb, ona tibbi yardım göstərilib.

Fasilədən sonra hakimlər vəsatəti təmin etməyiblər.

Amma hüquq müdafiəçiləri Çingiz Qəniyev və onun digər həmkarları işə qarışdıqdan,
prezident Administrasiya ilə əlaqə saxladıqdan sonra proses yenidən davam etdirilib və onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.

Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub.

O vəzifəsində sui istivadə və rüşvət almaqda itiham olunur.

Amma o ittihamları rədd edir.

Orxan Kərimov şair Əli Kərimin oğludur.

O qan təzyiqindən əziyyət çəkir, bir dəfə infarkt da keçirib.
XS
SM
MD
LG