Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:58

Özünə qəsd etmiş keçmiş baş nazirin səhəti sabitdir


Özünə qəsd etmiş Rmınyanın keçmiş baş naziri Adrian Nestasenin səhəti sabitdir.

Amma o hələ 2 həftə xəstəxanada qalmalı olacaq.

Apellyasiya məhkəməsi onun şikayətini təmin etmədikdən sonra polis onun dalınca gələrkən keçmiş baş nazir başından özünü güllələmək istəyib, amma güllə boynuna dəyib.

2000-2004-cü illərdə baş nazir olmuş Adrian Nestase 2004-cü ildə prezident kampaniyası dövründə dövlət vəsaitindən istifadə etməkdə təqsirli bilinərək 2 il həbs cəzasına məhkum edilib.

O hökmün siyasi motivli olduğunu deyir.

Nestase 2004-cü ildə keçirilmiş prezident seçkisində Traian Basescuya uduzub.
XS
SM
MD
LG