Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:47

Təhsil Nazirliyinin sabiq müdir müavininin məhkəməsi olub


İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin keçmiş müdir müavini Orxan Kərimovun və digər 3 nəfərin məhkəmə prosesi davam edib.

Orxan Kərimovun vəkili Ramiz Məmmədov vəsatətlə çıxış edib. Müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı haqqındakı həbs-qəti imkan tədbirinin dəyişdirilməsini xahiş edib.

Vəkil AzadlıqRadiosuna bildirib ki, iyunun 13-də və 18-də Orxan Kərimovun səhhəti ciddi ağırlaşıb. Arterial qan təzyiqi 60-a qədər enib. Ona görə də bu günkü məhkəmə prosesində həbs-qəti imkan tədbirinin dəyişdirilməsini istəyib.

Orxan Kərimovun səhhətinin pisləşməsi ilə bağlı bu günkü prosesə təcili yardım çağırılıb. «Qan təzyiqinin aşağı olması təsdiqini tapdı. Tac damarının 97 faizinin tutulması tibbi sənədlərlə təsdiq olunur. Orxan Kərimov 2009-cu ildə infarkt keçirib. Bu təkrarlanarsa, vəziyyəti kəskin ağırlaşa bilər», deyə vəkil Ramiz Məmmədov Orxan Kərimovun səhhətinə görə ciddi narahat olduğunu bildirib.

Məhkəmə iyunun 25-də davam etdiriləcək.

Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O qulluq mövqeyindən sui-istifadədə və rüşvət almaqda ittiham olunur. Müdafiə tərəfi ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG