Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:21

Bakı məktəblərini bu il 20 şagird medalla bitirib


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtın orta məktəblərini qızıl medalla bitirən şagirdlərin sayını açıqlayıb.

BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, bu il Bakı məktəblərini 20 şagird medalla bitirib. Onların hamısı qızıl medal alıb, yəni attestat qiymətlərinin hamısı, o cümlədən TQDK-nın keçirdiyi buraxılış imtahanlarındakı nəticələri «5»dir.

Z. Əliqızı deyib ki, ötən illə müqayisədə bu say daha da artıb. Belə ki, ötən il paytaxt məktəblərini 18 şagird qızıl və gümüş medalla bitirib.

Sektor müdiri, həmçinin deyib ki, ölkə prezidentinin sərəncamı ilə «Ən yaxşı məktəb» mükafatına layiq görülən 50 məktəbdən 20-si, «Ən yaxşı müəllim» adına layiq görülən 100 müəllimdən isə 51-i Bakı məktəblərinin payına düşür.
XS
SM
MD
LG