Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08

Prezident uşaq bağçaları ilə bağlı valideynlərə müraciət edib


İlham Əliyev iyunun 20-də Bakı Şəhər İcra Hakimiyyətində çıxış edərkən

İlham Əliyev iyunun 20-də Bakı Şəhər İcra Hakimiyyətində çıxış edərkən

«Bağçalarda uşaqlar ya ac qalır, ya da ki, evlərindən özləri ilə yemək gətirirlər». Bunu prezident İlham Əliyev iyunun 20-də Bakı Şəhər İcra Hakimiyyətində keçirilən «2011-2013-cü illərdə Bakı şəhərini və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş çıxışında deyib.

Prezident deyib ki, uşaq bağçalarında körpələrə verilən yeməyi yeyib, suyunu içənlər var:

«Uşaq bağçalarının problemlərinin həlli üçün biz əlavə tədbirlər görməliyik. Burada həm bağçaların vəziyyəti, təmiri, eyni zamanda, yemək məsələləri nəzərdə tutulmalıdır. Çünki məktəbdən fərqli olaraq uşaq bağçalarında körpələr hələ öz hüquqlarını müdafiə edə bilmirlər. Onlara verilən yeməyi yeyir, verilən suyu içirlər. Ona görə, burada bu işlərə rəhbərlik edənlərdən çox şey asılıdır.

«BU, DÖZÜLMƏZ HALDIR»

«Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib və çox ciddi göstərişlər verilib ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranıb».

Prezident deyib ki, «mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək. Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG