Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:31

Misirdə president seçkisinin nəticəsi gecikdirilir


Misir dövlət agentliyi məlumat verir ki, ölkədə prezident seçkisini təşkil edən qurum seçkinin nəticələrini planlaşdırıldığı kimi iyunun 21-də açıqlamayacaq.

Seçki komissiyası deyib ki, namizədlərin müraciətlərini araşdırmaq bir xeyli vaxt aparacaq.

Misirdə prezident seçkisində namizədlər „Müsəlman Qardaşları“ndan Məhəmməd Mursi və Hüsnü Mübarəkin keçmiş baş naziri Əhməd Şəfiqdir. Onların hər ikisi qalib olmağa iddialıdır və bir—birinin əleyhinə şikayətlər ünvanlayıblar.

Hüsnü Mübarək ötən il Misirda başlanan üsyanda etirazçıları öldürməkdə ittiham edilərək iyunun 2-də ömürlük həbsə salınıb. Məlumata görə, keçirdiyi insult nəticısində onun vəziyyəti ağırlaşıb və o, bu gecə hərbi hospitala yrləşdirilib.
XS
SM
MD
LG