Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:38
«ÇEMODAN OVQATLI» XALQ DEYİLDİK AXI

«Azadlıq» qəzeti yazır ki, «Moskvada keçirilən son siyahıyaalmada ümumi əhalinin 14 faizini soydaşlarımızın təşkil etdiyi bəlli oldu». Qəzet yazır ki, «Moskva vilayətinin Lyubertsı rayonundakı bir qəsəbə bazarında bütün piştaxta sahibləri azərbaycanlı idi. Hamısı da Ucarın yalnız bir kəndindən idilər, təxminən 200 nəfərə yaxın idilər».

AZƏRBAYCAN İDMANÇILARI «ERMANNO SCERVİNO»DAN GEYİNƏCƏK

«Los Angeles Times» qəzeti yazır ki, kimin yadına gəlir, sonuncu dəfə Azərbaycan nə vaxt moda xəritəsində görünüb? «Xəzər dənizinin ətrafında yerləşən, Rusiya, Gürcüstan, Ermənistan və İranla sərhəddə yerləşən bu ölkə 2012-ci il London Olimpiadasında idmançılarını müasir dəbə uyğun geyindirəcək. Bunun üçün Avropanın lüks brendi olan Ermanno Scervino markasından istifadə olunacaq. Bu məşhur italyan markası davamlı olaraq Milan Moda Həftəsində öz kolleksiyalarını nümayiş etdirir. Azərbaycan idmançıları üçün bu markadan rəsmi və idman geyimləri hazırlanıb. Geyimlərin üzərində Azərbaycan bayrağının simvolları olan mavi, qırmızı və yaşıl rənglər, aypara ilə səkkiz guşəli ulduz simvolları da əks olunub. Rəsmi keçiddə kişilər mavi pencəkdə, ağ şalvarda, qadınlar isə düz ağ yubkada və ağ köynəkdə olacaqlar».

ƏLİ HƏSƏNOVUN AÇIQLAMASI «BAKU CRYSTAL HALL»DA ŞOK YARATDI

«Yeni Müsavat» qəzeti yazır ki, «Eurovision» məkanına giriş qadağandır. Qəzetin əməkdaşına deyiblər ki, «axı, bura istifadəyə verilməyib, qurultay necə keçirilsin? Belə vəziyyətdə burada hansısa tədbirin keçirilməsi də mümkün deyil. Çünki zal istifadəyə verilməyib».

ƏLİ HƏSƏNOV MÜSAVATA «BAKU CRYSTAL HALL»U SÖZGƏLİŞİ DEYİB

YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Müsavat Partiyasına qurultay üçün «Baku Crystal Hall»un verilməsinin mümkünlüyü barədə fikirlərini belə şərh edib: «Əli Həsənov «Baku Crystal Hall»un adını çəkərkən sözgəlişi deyib ki, istəsələr onu da verərik. Yəni, pulunu ödəsinlər, sonra qurultaylarını keçirsinlər. Qurultay keçirmək üçün o qədər yer var ki. Kim onlara mane olur? Heç kim. Yerdən çox yer var. Sadəcə olaraq onların məqsədləri tam başqa olduğundan yalandan müxtəlif informasiyalar yayırlar».

Bu haqda «Yeni Azərbaycan» qəzeti yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG