Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:38

Pakistana yeni baş nazir təklif edilib


Pakistandan verilən məlumata görə, prezident Asif Ali Zardari Maxdum Şahabuddini baş nazir vəzifəsinə təklif edib.

Maxdum Şahabuddin hazırda toxuculuq sənayesi naziridir. O, iqtidarda olan Pakistan Xalq Partiyasına yaxınlığı ilə tanınır.

Gözlənilir ki, Xalq Partiyası üzvlərinin çoxluq təşkil etdiyi Parlamentin aşağı palatasında iyunun 22-də xüsusi toplantı keçirilsin və Şahabuddininin seçilməsilə bağlı səsvermə təşkil olunsun.

Ali Məhkəmə baş nazir Gilanini bu gün vəzifədən azad edib. O, özünün də üzvü olduğu partiyanın sədri, prezident Zardarinin əleyhinə olan korrupsiya ilə bağlı işi yenidən açmağı İsveçrə hökumətindən tələb etməyə rədd cavabı verməkdə günahlandırılır.

Gilani iddia edib ki, Zardari dövlət başçısı kimi tam toxunulmazlığa malikdir.
XS
SM
MD
LG