Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:16
Sabiq prezidentlərin və ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanunu qüvvəyə minib. Prezident İlham Əliyev qanununun təsdiqlənməsi haqqında fərman imzalayıb.

Qanun Konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə şamil ediləcək. Azərbaycanda belə hal olmadığından, bu qanun əvvəllər prezident olmuş bütün şəxslərə şamil olunacaq.

Qanunla sabiq prezidentlərə və onun ailə üzvlərinə bir sıra imtiyazlar verilib.

Qanuna görə, keçmiş prezident seçilməmişdən əvvəl və ya prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmayacaq.

Keçmiş prezident və onun arvadı (əri) Azərbaycan Respublikası baş prokurorunun razılığı olmadan, cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

Lakin keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər.

Milli Məclis qanunu iyunun 12-də qəbul edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG