Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:10

Süni mayalanma yolu ilə dünyaya ilk uşaq gətirən ana vəfat edib


Tarixdə süni mayalanma yolu ilə dünyaya ilk uşaq gətirən ana Leslie Braun Böyük Britaniyada 64 yaşında vəfat edib.

Leslie Braunun qızı Luiza Braun 1978-ci ildə doğulub.

Bunadək, 20 il ərzində Leslie Braunla həyat yoldaşının övladları olmurdu.

Bir qədər sonra eyni yolla onların Natali adlı ikinci qızı doğulur.

Və həmin klinika Luiza Braunun doğulmasından sonra dünyada ən məşhur süni mayalanma mərkəzlərindən birinə çevrilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG