Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:57

100 müəllim, 50 məktəb prezidentdən mükafat aldı


Arxiv foto.
Arxiv foto.
-


Azərbaycan prezidenti İlham Əliyev 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Prezidentin rəsmi saytının məlumatına görə, müsabiqədə uğur qazanmış 100 müəllimin hər birinə 5000 (beş min) manat birdəfəlik pul mükafatı veriləcək.

Bundan başqa prezident 2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən müsabiqədə uğur qazanmış 50 ümumi təhsil müəssisəsinə 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı veriləcək.

Prezident “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci ildə sərəncam verib. Artıq 5-ci ildir müəllimlər və məktəblər mükafatlandırlır. Builki iki mükafat ümumilikdə 1 milyon manat təşkil edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG