Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Arif Hacılı və Fuad Qəhrəmanlının şikayətləri Avropa Məhkəməsinə getdi


İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiyada saxlanan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının barəsində olan məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.

Bu barədə Azadlıq Radiosuna Fuad Qəhrəmanlı məlumat verib:

«Avropa Məhkəməsində şikayətlərə baxılması xeyli vaxt aparır. Bu proses yorucudur və səbir istəyir. Amma eyni zamanda Azərbaycandan fərqli olaraq Avropa Məhkəməsində müraciətimizə ədalətli münasibət olacağını gözləyirik və buna inanırıq. Bu inamla da ora müraciət etmişik ki, məhkəmənin bizim barəmizdə olan hökmünü ləğv etsin».

İctimai Palatanın adıçəkilən mitinqində təşkilatçılığa və iştiraka görə ötən il oktyabrın 3-də Səbail rayon Məhkəməsi Arif Hacılıya 2 il yarım həbs, Fuad Qəhrəmanlıya isə 2 il şərti cəza verib.
XS
SM
MD
LG