Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 16:01

Qızıl Xaç və Qızıl Aypara təşkilatları Homsdan əhalini çıxarmağa çalışırlar


Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara təşkilkatı Suriyanın Homs şəhərindən əhalinin köçürülməsini təşkil edir.

Suriyanın hökumət qoşunları şəhəri mühasirəyə alıb.

Qızıl Xaç Komitəsinin nümayəndəsi bildirib ki, əhalini çıxarmaq üçün hazırda qarşı-qarşıya durmuş hərbçilər və silahlı müxalifət nümayəndələrilə danışıqlar aparılır.

Müntəzəm atəşə tutulan şəhərdə yüzlərlə sakin olduğu bildirilir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG