Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:05

Antonis Samaras Yunanıstanın baş nazir olacaq


Yunanıstanda keçirilmiş parlament seçkisinin qalibi “Yeni demokratiya” partiyasının lideri Antonis Samaras baş nazir olacaq.

Çərşənbə günü axşam onun baş nazir kimi and içəcəyi gözlənilir.

“Yeni demokratiya” partiyası sosialistlər və solcu Demokrat partiyası ilə kolaisiyaya girib.

Amma yeni kabinetin tərkibi və proqramı ilə bağlı hələ ki, danışıqlar gedir.

Son məlumata görə, Milli bankın rəhbəri Vasilis Papanos maliyyə naziri olacaq.

Hakim koalisiyaya daxil olan partiyalar ölkənin avrozonada və beynəlxalq kreditçilərlə əldə olunmuş razılaşmada qalmasını istəyirlər.

Amma onlar bu razılaşmanın şərtlərində müəyyən dəyişikliklər edilməsini təkid edirlər.
XS
SM
MD
LG