Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:46

«Detal Alüminium»da baş verənlərlə bağlı cinayət işi açılıb


Bir neçə gün öncə Gəncədə «Detal Alüminium» zavodunda insan ölümü ilə nəticələnən uçqunla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun rəsmi saytı bildirir ki, iyunun 17-də Gəncədə fəaliyyət göstərən «Detal Alüminium» MMC-nin ərazisində söküntü işləri aparılarkən 66 metr uzunluğunda dəmir-beton konstruksiyalı tavan çöküb.

Nəticədə 2 fəhlə uçqun altında qalaraq aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitlərə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib və fakta görə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq iş üzrə məhkəmə-tibbi ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG