Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:47

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi


Prezident İlham Əliyev «Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında» qanununda dəyişikliklər edilməsi barədə qanununu təsdiqləyib.

APA-nın məlumatına görə, bu dəyişikliklərlə dövlət büdcəsinin gəlirləri və xərcləri 600 mln. manat artırılmaqla gəlirlər 17 038 mln. manat, xərclər isə 17 672 mln. manata çatdırılıb.

Artımın strukturunda 300 mln. manat ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılmasına yönəldiləcək.

Bundan əlavə, 200 mln. manat sovet dövründən qalan əmanətlərin qaytarılmasına büdcənin ehtiyat fondun götürülmüş vəsaitlərin bərpası üçün yenidən ehtiyat fonda qaytarılması üçün nəzərdə tutulur. Həmçinin 95 mln. manat Bakı və rayonların infrastrukturun inkişafına, 45 mln. manat təhlükəsizlik və hərbi quruculuğun gücləndirilməsinə yönəldiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG