Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:28

Yunanıstanda koalision hökumət yaradılır


Yunanıstanda 3 partiya koalision hökumət yaradılması ilə bağlı ilkin razılığa gəlib.

Bu barədə çərşənbə günü solçu Demokrat partiyasının lideri Fotis Kuvelis məlumat verib.

Gün ərzində məsələ ilə bağlı yekun razılaşma əldə olunacağı gözlənilir.

Həmçinin Sosialistlərin kolaisiyaya daxil olacaqları gözlənilir.

İyunun 17-də keçirilmiş parlament seçkisində Antonis Samarasın rəhbərlik etdiyi “Yeni demokratiya” partiyası qalib gəlib.

Kəskin borc böhranı ilə üzləşmiş Yunanıstanın avrozonada qalması və beynəlxalq kredit alması koalision hökumət yaradılmasında əsas şərtdir.
XS
SM
MD
LG