Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:42

«Yer kürəsinin 20 yaşı var»


Yer kürəsi
Yer kürəsi
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 74 (20.479) 24 aprel 2012



ÖTƏN HƏFTƏ DƏ KEÇİRİLƏN İMƏCİLİKLƏRDƏ MÜTƏŞƏKKİLLİK VAR İDİ

Ötən həftə muxtar respublikada keçirilən növbəti iməciliklər mütəşəkkilliyi ilə yadda qalmışdır. Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində iməciliyə çıxan insanlar müxtəlif ünvanlarda yaşıllaşdırma tədbirləri həyata keçirmişlər.
Naxçıvan şəhərinin müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri «Əshabi – kəhf» Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolun, həmçinin Naxçıvan – Sədərək magistral yolunun kənarlarında, şəhərin bütün park və xiyabanlarında ağac və gül kollarına aqrotexniki qulluq göstərmişlər.
Culfalılar rayonun bütün şəhər və kəndlərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Kəngərli sakinləri bu iməcilikdə bərpa məqsədilə 300 ədəd meyvə ağacı və 100 ədəd gül kolu əkmişlər.
Şahbuzlular «Ömərdərəsi» adlanan ərazidə 200 ədəd meyvə tingi əkmiş, «Badamlı» və «İşgəsu» massivlərindəki, rayonun qəsəbə və kəndlərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Ümumilikdə iməciliklərdə 24 min 439 nəfər iştirak etmiş, 420 ədəd meşə, 4150 ədəd meyvə tingi, 730-u həmişəyaşıl olmaqla ümumilikdə 6300 ədəd ağac və gül kolları əkilmişdir.

HƏYATIN ÖZÜ – SU

Həmin o illərdə, yəni 20-ci əsrin əvvəllərində Naxçıvan əkinçisi müsəlləyə çıxırdı ki, Ulu Tanrı göydən bir ovuc su göndərsin quruyub cadar-cadar olmuş torpaqlara. Amma, müsəlləylə göydən yağış yağsaydı, onda Ərəbistan səhraları çoxdan gülzarlığa dönmüşdür. O illərdə Naxçıvanda su qıt idi, kasad idi, əvəzində sayı – hesabı bilinməyən varlı-karlı insanlar var idi, həmin insanlar pullarını haraya və necə xərclədiklərini də bilmirdilər.

...Astronomların hesablamaların görə, bizi yaşadan, bizə işıq, nur verən əlahəzrət Günəşin vur-tut 20 yaşı var. Əgər, Günəşin 20 yaşı vardırsa, deməli qucağına aldığı planetlərin də yaşı o cəmdədir, yəni kosmik sürətlə kəhkəşanlar içərisində dolandığımız, amma bunu hiss etmədiyimiz anamız Yer kürəsinin də 20 yaşı vardır. Və yenə astronomların hesablamalarına görə, əlahəzrət Günəş ətrafındakı 9 planeti özünün hərəkət sürəti ilə 240 milyon ildən sonra gətirib bir də təzədən yerinə qoyur, yəni, vur-tut bir dövrə vurur. 240 milyon ilə. Bu minvalla Günəşimiz də, Yer kürəmiz də 20 yaşındadır. Deməli, biz cavan planetdə yaşayırıq və Günəşimiz də cavandır, bundan sonra milyard illərlə Günəş bizə işıq, nur, hərarət verəcək, hər yaz torpaqlarımız cana gələcək, çaylar, çeşmələr, irmaqlar çağlayacaq, dünya bir də təzələnəcək, suyumuz daha da artacaq, çoxalacaqdır. İndi daha 1901-ci il deyil, 21-ci əsrdir və insanın da haqqı, hüququ yoxdur, desin ki, suyumuz yoxdur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Mədəni irsin qorunması diqqət mərkəzindədir
- 11 min 671 hektar sahədə əkin aparılıb
- Su və kanalizasiya sistemlərinin yenidən qurulması bölgələrimizi də əhatə edir
XS
SM
MD
LG