Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:53

«Hakimiyyət «Сrystal Hall»u yox, elə Müsavatın istədiyi yerlərdən birini versə yetər»


Baku Crystal Hall

Baku Crystal Hall

-
«Hakimiyyət Müsavat partiyasının qurultayı ilə əlaqədar belə xoş məram nümayiş etdirmək istəyirsə, elə partiyanın istədiyi yerlərdən birini verə bilər. Biz əvvəl «Əl Oyunları Sarayı»nı, sonra isə Opera və Balet Teatrını qurultay keçirmək üçün istəmişdik. Bu günədək həmin variantların ikisinə də «yox» deyiblər».

Bunu Müsavat partiyasının başqanı İsa Qəmbər AzadlıqRadiosuna deyib. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mediaya açıqlamasında bildirib ki, onlar Müsavat partiyasının qurultay keçirməsi üçün «Eurovision» mahnı müsabiqəsinin keçirildiyi «Crystal Hall»u da verə bilərlər. Amma bir şərtlə ki, oranın kirayə haqqını ödəsinlər.

İsa Qəmbər

İsa Qəmbər

İsa Qəmbər isə deyir ki, «Crystal Hall» kifayət qədər nüfuzlu və böyük bir zaldır. Onlar hakimiyyətin ora hansı qiymət müəyyənləşdirdiyini və o qiymətin Müsavat Partiyası üçün uyğun olub-olmadığını hələ ki, bilmirlər:

«Crystal Hall» 25 min nəfərin yerləşə biləcəyi bir zaldır. Biz isə minimum 1000 nəfərlik, normalda isə 3-5 min nəfərin iştirak edə biləcəyi bir qurultay zalı istəmişik. Və «Crystal Hall»un 3000-5000 nəfərlik zal kimi istifadə olunması ehtimalını da araşdıracağıq».

QURULTAYIN TBİLİSİDƏ KEÇİRİLMƏSİ MÜZAKİRƏ OLUNUB

Müsavat başqanı Əli Həsənovun bu fikri hansı kontekstdə söylədiyini bilmədiyini deyir. Ona görə də yalnız hər şeyi dəqiq dəyərləndirəndən sonra məsələyə müsbət və ya mənfi cavab verməyin mümkün olduğunu bildirir.

İsa Qəmbər iyunun 20-də Tbilisidən qayıdıb. Deyir səfərdə məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoylu qətlə yetirilən gün - iyunun 19-da onun məzarını ziyarət etmək olub: «Bundan sonra orada həmkarlarımızla, Respublika Partiyasının rəhbərliyi ilə görüşdük. Onların məclisinə qatıldıq, çıxışlarımız oldu. Görüşdə həmçinin Müsavat partiyasının növbəti qurultayının Tbilisidə keçirilməsi məsələsi də müzakirə olundu».

Müsavat partiyasının qurultayı bu ilin mart ayında olmalı idi. Yer problemi yarandığı üçün qurultay vaxtında keçirilməyib. İsa Qəmbər deyir ki, yer problemi həll edilən kimi qurultayın vaxtı da dəqiqləşəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG