Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:16

Azərbaycan ansamblı Budapeştdə bürünc medal qazanıb


Budapeşt
Budapeşt
İyunun 11-17-də Macarıstanda keçirilən 17-ci Dunay Beynəlxalq Karnavalının son günündə yekun qala konsert təşkil edilib.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti verib.

Budapeştin Margit adasında keçirilən açıq hava konsertində 10 ölkənin nümayəndələri, o cümlədən Gəncə Dövlət Filarmoniyasının «Göy-göl» Mahnı və Rəqs Ansamblı iştirak edib.

Qala konsert zamanı keçirilən rəqs müsabiqəsində Azərbaycan təmsilçiləri 3-cü yer tutaraq bürünc medalla mükafatlandırılıb.

Konsertdə həmçinin Azərbaycanın xalq və bəstəkar mahnıları, Azərbaycan rəqsləri ifa olunub.

17-ci dəfə keçirilən Dunay Beynəlxalq Karnavalına Azərbaycanlı sənətçilər ilk dəfə qatılıblar.

Karnaval günlərində tamaşaçılar teatr və mədəniyyət saraylarında, küçə və meydanlarda, rəqs meydançalarında və açıq hava teatrlarında müxtəlif ölkələrdən gəlmiş sənət adamlarının ifasında folklor musiqisini, klassik, müasir və simfonik musiqini dinləmək imkanı qazanır, rəqs qruplarının ifasında milli və ekzotik rəqslərə, folklor oyunlarına tamaşa edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG