Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:50

Obama avro zonanın böhrandan çıxacağına ümid edir


ABŞ prezidenti Barack Obama bildirib ki, avro zonanın böhrandan çıxacağına ümid edir. Obama deyib ki, Avropa ölkələrinin bunun üçün kifayət qədər resursları var.

Müşahidəçilərin fikrincə, Obamanın bu mövqeyi ABŞ-ın Avropaya maliyyə yardımı göstərmək istəməməsinə işarədir.

Meksikada keçirilən Böyük 20-lərin sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Obama Suriyadakı vəziyyətə də toxunub.

Bildirib ki, Rusiya və Çin bu ölkədə vətəndaş müharibəsi təhlükəsini başa düşür. Ancaq Bashar Assadin hakimiyyətdən kənarlaşdırılması planına baxmağa hazır deyillər.
XS
SM
MD
LG