Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:36

ATƏT-in təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb


İyunun 20-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunun Horadiz kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Antal Herdiç keçiriblər.
XS
SM
MD
LG