Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:16

ABŞ senatının komitəsi Maqnitskinin məsələsi ilə bağlı səsverməni təxirə salıb


ABŞ senatının xarici əlaqələr komitəsi Sergey Maqnitskinin məsələsi ilə bağlı iyunun 19-a nəzərdə tutulmuş səsverməni təxirə salıb.

Komitənin nümayəndəsi səsvermənin üzvlərdən birinin xahişi ilə təxirə salındığını deyir.
Hələlik məsələnin səsə nə vaxt qoyulacağı bilinmir.

Qanun layihəsində Sergey Maqnitskinin istintaq təcridxanasında ölümünə görə, bir sıra rusiyalı məmurlara viza verilməməsi və onların ABŞ banklarındakı hesablarının dondurulması nəzərdə tutulur.

Hakimiyyətin yuxarı dairələrində korrupsiya faktlarından yazan Hermitage Capital fondunun hüquqşünası Sergey Maqnitski 2009-cu ildə Moskvadakı istintaq təcridxanalarından birində
ölüb.

Rusiya sənədin qəbul edilməsinin ikitərəfli münasibətlərə xələl gəticəyini xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG