Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:36

Bəyanatlar, görüşlər. Bəs nəticə? [Video]


Bəyanatlar, görüşlər. Bəs nəticə?
Gözlə

No media source currently available

0:00 0:54:45 0:00
Direct-ə keçid

Siyasi şərhçilər Gültəkin Hacıbəyli, Zahid Oruc və Razi Nurullayev Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatını müzakirə edirlər.

-
«Həmsədr ölkələr bu bəyanatla Azərbaycana mesaj verir ki, müharibəyə başlama yoxsa sənin üçün pis olacaq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Razi Nurullayev deyib. Onun fikrincə, hər görüş keçirilən zaman qazanan Ermənistan olur:

«Ermənistan udur, çünki bununla status-kvonu saxlayır. Azərbaycan tərəfi uduzur, bu görüşlərdən bir nəticə əldə olunmur. Xarici işlər nazirləri arasında münasibətlərin yaradılması sonrakı dönəmdə iki prezident arasında görüşlərə zəmin yaratmaq üçündür. Ermənistan prezidenti istənilən halda, istənilən yerə gəlməyə hazırdır, çünki ona sərf eləyir. Azərbaycan tərəfi isə hər dəfə gedəndə, bu, ona nüfuz bahasına başa gəlir».

R.Nurullayevin fikrincə, Azərbaycan artıq balanslaşdırılmış siyasətdən əl çəkməlidir:

«Bu gün Azərbaycan heç cür balanslı siyasət yeridə bilməz. Qarabağ münaqişəsinin həlli üç həmsədr dövlətin inhisarından çıxmalıdır. Çünki artıq 18 ilə yaxındır ortada heç bir irəliləyiş yoxdur. Azərbaycan artıq konkret addımlar atıb başqa dövlətlərlə də ikitərəfli qaydada danışıqlar aparmalıdır».

Siyasi şərhçi Gültəkin Hacıbəyli deyir ki, əslində bu bəyanat prosesin görünən hissəsidir, görünməyən hissədə daha ciddi məsələlər var:

«Rusiya mövqelərini itirə-itirə geri çəkilir, ABŞ və Qərb bölgə ilə bağlı daha ciddi ambisiyalar ortaya qoyurlar. İran ətrafında halqa daralmaqdadır, Rusiya Suriyanı itirməkdədir. Belə olan halda Rusiya prosesin öz sərhədlərinə yaxınlaşmasının qarşısını almaq üçün demokratikləşmə obyekti olacaq Cənubi Qafqazda münaqişənin daha da qızışdırılmasında maraqlıdır».

G.Hacıbəyli deyir ki, Azərbaycan NATO və Avropa Birliyi ilə münasibətlərdə daha da kənara çəkilməklə özünü problemli bir duruma salıb.

İqtidaryönlü Ana Vətən Partiyasından deputat Zahid Oruc isə deyir ki, 90-cı illərin əvvəllərində əsas güc mərkəzləri bölgənin siyasətinin dəyişməsi üçün müharibə istəyirdilərsə, indi sülh istəyirlər. Z.Oruc Azərbaycanın hazırkı siyasətinin ən optimal və uğurlu siyasət olduğunu deyir:

«Balanslaşdırılmış siyasətdən imtina edib Qərbyönümlü, İranyönümlü, yaxud Çinyönümlü siyasət Azərbaycanı Qarabağa çatdırsaydı, istənilən iqtidarlar bunu seçərdi. Keçmişdə qərbpərəst modelin aqibəti ortadır».

Z.Oruc deyir ki, Azərbaycan Rusiyanın Qarabağdan onun əleyhinə istifadə olunmasının qarşısını ala bilib.

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG