Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:30

Elnur Seyidovun həbs müddəti uzadılır


«Texnikabank»ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbs müddəti uzadılıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Əshabəli Mustafayev bildirib.

İstintaq tərəfi həbs müddətinin uzadılması üçün Bakı şəhər Səbail rayon Məhkəməsinə müraciət edib. Məhkəmə isə həbs müddətini bu il sentyabrın 6-na qədər uzadıb.

Əshabəli Mustafayev bu qərardan apellyasiya verəcəklərini deyir:

«Bu qərarı qanunsuz hesab edirik. Çünki Elnur Seyidov 3 aya yaxındır həbsdədir, amma heç bir istintaq hərəkəti aparılmır».

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Elnur Seyidov Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq) maddəsi ilə ittiham olunur. İttiham sübuta yetirilsə, onu 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
XS
SM
MD
LG