Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:49

Suriyaya hərbi vertolyotlar aparan Rusiya gəmisi geri dönməli olub



Rusiyanın Suriyaya hərbi vertolyotlar aparan gəmisi geri qayıtmalı olub.

Buna səbəb Britaniya sığorta şirkətinin gəmidəki yükləri sığortalamaqdan imtina etməsi olub.

Böyük Britaniyanın xarici işlər naziri William Hague Daily Telegraph qəzetinin yaydığı bu məlumatı təsdiqləyib.

Bu gəmi hələ Şotlandiya sahilində olarkən baş verib.

Qaydalara görə, sahibkar yeni sığorta əldə etməyincə gəmi üzə bilməz.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, MV Alaed gəmisində Suriya üçün nəzərdə tutulmuş Mi-25 vertolyotları olub.

Londondakəı Rusiya səfirliyi hələlik məsələyə münasibət bildirməyib.

ABŞ bundan əvvəl Rusiyanı Suriya rejiminə silah göndərməkdə günahlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG