Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19
Bu ilin mayında Azərbaycan paytaxtı Bakıda keçirilən «Eurovision 2012» yarışmasının finalını Avropada 50 milyondan çox tamaşaçı izləyib.

ESCDaily.com saytı 27 Avropa ölkəsində mayın 22, 24, 26-da keçirilən yarımfinal və finalı izləyən tamaşaçıların sayını açıqlayıb.

Saytın məlumatına əsasən, mayın 26-da keçirilən yarışmanın finalını izləyənlər arasında ən çox Almaniya (8 milyon), İspaniya (6 milyon), Böyük Britaniya (7 milyon) tamaşaçısı olub. Kipr və İsveçin isə əhalisinin 80 faizindən çoxu final şousunu izləyib.

«Eurovision» Mahnı Yarışmasının 1956-cı ildəki debütündən sonra dünyada ən çox izlənən qeyri-idman proqramı sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG