Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

İranın nüvə proqramı ilə bağlı növbəti görüş Pekində ola bilər


İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi Pekində keçirilə bilər.

Bu barədə İTAR-TASS agentliyi danışıqlara yaxın mənbələrə istinadla xəbər verir.

İyunun 17-18-də Moskvada keçirilən növbəti görüşün konkret nəticə vermədiyi bildirilir.
İran nüvə proqramının dinc məqsədli olduğunu təkid edir.

Beynəlxalq aləm isə proqramın dincməqsədli olmasına əmin olmaq üçün beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərində yoxlama aparmasına icazə verilməsini istəyir.

Bundan əvvəl keçirilmiş İstanbul və Bağdad görüşləri də nəticə verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG