Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:08

12 şagird buraxılış imtahandan xaric edilib


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
İyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda XI və IX sinif şagirdlərinin buraxılış imtahanlarında 12 şagird müxtəlif qayda pozuntularına görə, imtahandan xaric edilib.

Söhbət başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhddən gedir.

Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Hazırda Komissiyada imtahan protokolları və cavab kartları yoxlanılır.

Nəticələrin yaxın günlərdə elan edilməlidir.
XS
SM
MD
LG