Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:17

Suriyadakı beynəlxalq müşahidəçilərin rəhbəri Robert Moodun çıxışı gözlənilir


Suriyadakı beynəlxalq müşahidəçilər missiyasının rəhbəri general Robert Moodun iyunun 19-da BMT təhlükəsizlik şurasında brifinq keçirəcəyi gözlənilir.

Suriyada zorakılıqlar davam etdiyinə görə missiya şənbə günündən fəaliyyətini dayandırıb.

ABŞ və Rusiya prezidentləri böyük 20-lər ölkələrinin Meksika sammiti çərçivəsində birgə bəyanat yayaraq Suriyada zorakılıqları təcili dayandırmağa çağırıblar.

ABŞ Rusiyanı BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı kəskin qətnamə layihəsini əngəlləməkdə günahlandırır.

Moskva Suriyaya xaricdən istənilən müdaxiləyə qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG