Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52
Xəzərin «Kəpəz» yatağına görə Azərbaycan və Türkmənistan bir-birinə nota veriblər.

İyunun 18-də Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yaydı ki, Türkmənistanın «Kəpəz» yatağında seysmik işlər aparması ilə əlaqədar Azərbaycan etirazını bildirib.

QARŞILIQLI NOTA

Səfir Toyli Komekov iyunun 18-də nazirliyə dəvət olunub. Bildirilib ki, 2008-ci ildə əldə olunmuş razılaşmaya əsasən, Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə iş aparılmamalıdır.

Az sonra Türkmənistanın Azərbaycandakı səfirliyi Azərbaycan XİN-in bəyanatına münasibət bildirib.

«ADEKVAT ADDIMLAR ATILACAQ»

Səfirliyin iyunun 19-da yaydığı açıqlamadan bəlli olur ki, «Xəzərin Azərbaycana aid olmayan sektorunda» elmi-tədqiqat işləri aparan mülki gəmiyə qarşı Azərbaycan sərhəd xidməti «hüquqazidd hərəkətlər» edib.

«Bu cür hərəkətlərin davam etməsi halında adekvat addımlar atılacaq», - deyə səfirlyin bəyanatında bildirilir.

Əvvəllər Xəzər dənizini Rusiya və İran öz aralarında paylaşırdı. 1991-ci ildə Azərbaycan, Qazaxıstan və Türkmənistanın müstəqilliyini elan etməsi ilə Xəzər sahilindəki ölkə sayı 5 olub. Elə bundan sonra dəniz ehtiyatlarının istifadəsi ilə bağlı fikir ayrılıqları başlayıb və hələ də davam edir.
İlham Şaban

İlham Şaban


TÜRKMƏNİSTAN HANSI TƏSİR ALTINDADIR?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Azərbaycanla Türkmənistan arasında «Kəpəz» yatağının zaman-zaman mübahisəyə səbəb olması siyasi məsələdir:

««Kəpəz» kiçik bir yataqdır. «Kəpəz» uğrunda hansısa iddialar qaldırmaq və onun uğrunda iki ölkə arasında gərginlik yaratmaq artıq iqtisadi və strateji məsələ deyil, bu, sırf siyasi məsələdir. Türkmənistan özünün Qərbə açılan qapısını Azərbaycanda görürsə, «Kəpəz» yatağında kiçik bir element də yoxdur. «Kəpəz»in gətirəcəyi gəliri «TransXəzər»lə müqayisə etsək, heç yüzdə biri də deyil Türkmənistan üçün. Onun iqtisadi, siyasi və digər dividentlərini tərəzinin gözünə qoyub çəksəydi, Türkmənistan heç vaxt elə bir addım atmazdı. Belə addım atırlarsa, deməli, Türkmənistan müəyyən təsirlərin altında bunu edir. Onun regionda asılı olduğu bir nömrəli ölkə İrandır».

Xəzərin statusuna dair sonuncu sazişdə 3 ölkə - Azərbaycan, Qazaxıstan və Rusiya iştirak edib. Bu saziş Xəzərin dibi ilə orta xətlə bölünməsini nəzərdə tutur.

İran isə dənizin dibini bərabər hissələrə bölməyi təklif edir, hərəyə 20%. Bu da Azərbaycan, Qazaxıstan və Rusiya arasındakı sazişə ziddir.

Hələ SSRİ zamanındakı orta xətt prinsipinə görə, bu xətt «Kəpəz» yatağının ərazisini kəsirdi. Yəni, həmin yataq iki dövlətin sərhədində yerləşən strukturdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG