Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:12

Nazir: 130 min ailəyə pulsuz tüner verilə bilər


İyunun 19-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlama verib. «Media forum» saytının məlumatına görə, nazir deyib ki, Azərbaycanda əhalinin 50-60 faizi aşağı qiymətli internet xidmətlərindən istifadə edir: «Azərbaycanda sürətli internet problemi yoxdur, bu, sadəcə, xidmət puluna bağlıdır. İnternet xidmətlərinin qiymətinə gəlincə, Azərbaycanda tələb yüksək olduğu üçün internet xidmətlərinin qiyməti aşağı düşmür».

Nazir «Katel» şəbəkəsinin özəl şirkətlərə təklif edildiyini, «Aztelekom» şirkətində özəlləşdirməyə hazırlıq prosesinin getdiyini bildirib: «Aztelekom»la daxili və xarici şirkətlər maraqlanırlar”.

Əli Abbasov rəqəmsal yayıma keçidə görə 130 min ailəyə pulsuz tünerlərin verilməsi məsələsinin gündəmdə olduğunu deyib: «Milli Radio və Televiziya Şurası belə bir təklif irəli sürüb. Söhbət ünvanlı sosial yardım alan ailələrdən gedir. Bu məsələyə baxılır. Ümumiyyətlə, kommersiya şirkətləri də əhalinin pulsuz tünerlərlə təmin edilməsində maraqlıdırlar. Çünki rəqəmsal yayma keçid onlara gəlir gətirəcək».
XS
SM
MD
LG