Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:34

Türkiyə Sahil Mühafizə Qüvvələrinin komandanı Bakıya gəlib


Türkiyə Sahil Mühafizə Qüvvələrinin komandanı, vitse-admiral Sərdar Dülgərin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, səfər çərçivəsində S. Dülger Azərbaycanın müxtəlif qurumlarında görüşlər keçirəcək, həmçinin Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin bazasında olacaq.

Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Bu, vitse-admiral S. Dülgerin Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

Səfər iyunun 21-dək davam edəcək.

Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu iyunun 5-8-də, Jandarma Baş Komandanı, ordu generalı Bəkir Kalyoncu isə iyunun 10-13-də Azərbaycanda səfərdə olub

Günün bütün mövzuları

XS
SM
MD
LG