Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:35

«Kinoşok» festivalının qalib filmləri Bakıda göstərilməyə başlayıb


Arxiv foto
Arxiv foto
İyunun 19-da və 20-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və MDB-yə üzv, Latviya, Litva və Estoniyanın «Kinoşok» Açıq Kino Festivalı Bakıda festivalın qalib filmlərindən ibarət baxışlarını təşkil edəcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Festivalın yaranma tarixinin 20 illiyinə həsr olunan tədbirdə «Kinoşok»u təmsil edən bir qrup kino işçisi iştirak edir.

Dörd filmdən ibarət yubiley proqramının açılışı bu gün saat 10-da rejissor Rüstəm Abdraşevin (Qazaxıstan)»Dirçəliş adası» filmi ilə olub.

Qalan filmlərin göstərilmə vaxtı isə belədir: 19 iyun saat 21.00 «Parisə pəncərə», rejissor Yuriy Mamin (Rusiya-Fransa), 20 iyun saat 19.00-da «Natiq», rejissor Yusup Razıkov (Özbəkistan), 21.00 –də «Avrasiyalı», rejissor Şarunas Bartas (Litva-Rusiya-Fransa).
XS
SM
MD
LG