Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:57

Adam döyənlər həm də inzibati məsuliyyətə cəlb olunacaqlar


Azərbaycanda adam döyməyə görə inzibati məsuliyyət tətbiq olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb.

Məcəllənin 38-1 maddəsinə təklif olunan əlavədə qeyd olunur ki, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə nəzərdə tutulur, yaxud, işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq olunur.

Layihədə göstərilir ki, bu əməl sağlamlığa ağır, az ağır, yüngül zərbə vurmaqla törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Döymə inzibati xəta olduğu halda həmin xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılır.

İnzibati xətanın törətmiş şəxs zərərçəkmiş şəxslə barışıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir.

Cinayət Məcəlləsində bu əmələ görə xüsusi bir maddə yer alır.

CM-nin 132-ci (döymə) maddəsində qeyd olunur ki, qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanun layihəsi komitənin iyunun 19-da keçirilən iclasında Milli Məclisə tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG