Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:24

Türkmənistan Azərbaycanın etirazı ilə bağlı bəyanat verib


Türkmənistanın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına və səfirin nazirliyə çağırılmasına münasibət bildirib.

APA-nın xəbərinə görə, səfirlik Xəzərin Azərbaycana aid olmayan sektorunda elimi-tədqiqat işləri aparan mülki gəmiyə qarşı Azərbaycan sərhəd xidmətinin hüquqa zidd hərəkətlərin edilməsi cəhdi ilə əlaqədar iyunun 16-da Türkmənistan XİN Azərbaycan tərəfinə rəsmi qaydada, o cümlədən diplomatik nota göndərilməsi yolu ilə qəti etirazını bildirib:

«Qeyd edilib ki, bu cür hərəkətlərin davam etməsi halında adekvat addımlar atılacaq».

İyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi səfiri nazirliyə çağıraraq Türkmənistana etiraz edib. Buna səbəb Türkmənistanın Xəzər dənizindəki «Kəpəz» yatağında seysmik işlər aparmasıdır.

Azərbaycan XİN-in açıqlamasında deyilir ki, 2008-ci ildə prezidentlər Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilat işləri həyata keçirməyəcəkləri haqda razılığa gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG