Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:58

Cavanşir Quliyev insan haqları haqda, Pakistan ucqarlarına Azərbaycan köməyi...


Azerbaijan -- Press review, 17Jun2011
Azerbaijan -- Press review, 17Jun2011
«SORUŞANDA, DEYİRƏM BURA SÜRGÜNƏ GƏLMİŞƏM»

«Azadlıq» qəzetinin 19 iyun sayında «Soruşanda, deyirəm bura sürgünə gəlmişəm» sərlövhəli yazıda Bakıda bəstəkar Cavanşir Quliyev bildirib ki, Azərbaycanda insan haqlarının pozulmasını gizlətmək mümkün deyil.

«Hakimiyyət bunu bilir. Bunu gizlətməyə çalışmaq yanlış addım idi. Hadisələr də göstərir ki, bunu gizlətmək olmur».

ERMƏNİSTANA VƏ AZƏRBAYCANA HƏMSƏRHƏD OLAN GÜRCÜ KƏNDİNDƏ QARABAĞ SÖHBƏTİ

«Bizim yol» qəzetinin bu sayında isə Gürcüstanın Marneuli rayonunun Təkəli kəndində atəşkəs müzakirələrindən yazılıb. Həm Ermənistana, həm Azərbaycana sərhəd olan bu gürcü kəndində keçirilən müzakirələrə qatılan jurnalist Natiq Cavadlı öz müşahidələrini bölüşüb.

O, yazıb ki, müzakirələri ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu təşkil edib. Müzakirələrdə Azərbaycan, Ermənistan və Gürcüstan ictimaiyyət nümayəndələri və rəsmi şəxsləri iştirak edib: «Qazaxdan olan Məhərrəm Göyüşov sərhəd bölgəsində yaşadığını xatırladıb dedi ki, atəşkəsin pozulması nə qədər insanın həyatına son qoyur». Müəllif yazır ki, müzakirələrdə erməni və azərbaycanlı vətəndaş cəmiyyətləri arasında təmasların gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

HANSI ÇİMƏRLİKDƏ ÇİMMƏK QADAĞANDIR?

«Yeni Azərbaycan» qəzeti «Şıx» və «Sahil» çimərliklərinin sularında həyat üçün təhlükəli bağırsaq çöpü aşkarlandığını yazıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəsmisi Ziyəddin Kazımov qəzetə bildirib ki, onlar monitorinqlər aparıblar: «Adıçəkilən çimərliklərin sularında çimmək qadağandır».

HEYDƏR ƏLİYEV FONDUNDAN PAKİSTANA KÖMƏK

«Azərbaycan» qəzeti Heydər Əliyev Fondunun Pakistanın Həmzə Xeyriyyə Fonduna təcili tibbi yardım avtomobili və iki min qanköçürmə paketi hədiyyə etdiyini yazıb: «Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunan təcili tibbi yardım avtomobili vasitəsilə əyalətin müxtəlif şəhərlərində, xüsusilə, Pakistanın Əfqanıstan ilə sərhəddə yerləşən ucqar məntəqələrində qan xəstəliklərindən əziyyət çəkən xəstələrə təhlükəsiz qan köçürülmə xidmətləri göstəriləcək, həmçinin, Hepatit C və B, HİV/AİDS viruslarının müəyyənləşdirilməsi üçün yerli əhali arasında pulsuz testlər təşkil olunacaqdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG