Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:31

34 mindən çox abituriyent 1-ci qrupa sənəd verib


2012/2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə və orta ixtisas təhsili müəssisələrinə 1-ci ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak etmək üçün 34 min 659 abituriyent «Elektron ərizə»sini təsdiq edib.

Bu barədə AzərTAc-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bu il qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 20-də, IV ixtisas qrupu üzrə iyulun 27-də, II ixtisas qrupu üzrə isə avqustun 3-də keçiriləcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları III ixtisas qrupu üzrə iyulun 18-24-də, I ixtisas qrupu üzrə iyulun 24-30-da, IV ixtisas qrupu üzrə isə iyulun 31-dən avqustun 8-dək olacaq.
XS
SM
MD
LG