Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:26

Suriyadakı toqquşmalarda 50-dən çox adam ölüb


Suriyada dünən baş vermiş hərbi toqquşmalar, partlayışlar və atışmalar nəticəsində azı 52 adam ölüb. Bu haqda Londonda yerləşən suriyalı hüquq müdafiəçiləri məlumat verib.

Hüquq müdafiəçilərinin məlumatına görə, hökumət qoşunları müxalifətçilərin Dəməşqdəki, Homsdakı və Deraa əyalətinin Tafas şəhərindəki mövqelərini atəşə tutub.

BMT-nin insan haqları komitəsinin rəhbəri Navy Pillay Suriya hakimiyyətindən yaşayış məntəqələrinin atəşə tutulmasına son qoyulmasını tələb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG