Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:57

Obama ilə Putin Suriyanı müzakirə edib


ABŞ və Rusiya prezidentləri Barack Obama və Vladimir Putin Meksikada Böyük 20-lərin sammitində görüşüb. Ağ Evin məlumatına görə, müzakirələrin əsas mövzusu Suriyadakı vəziyyət və İranın nüvə proqramı ilə bağlı olub.

Görüşdən sonra hər iki prezident bildirib ki, onlar suriyalıların öz gələcəklərini özləri müəyyənləşdirəcəklərinə inanırlar.

Həm Barack Obama, həm də Vladimir Putin Suriyada zorakılıqlara son qoyulmasının vacib olduğunu bildiriblər.

Obama deyib ki, Suriyada zorakılığa son qoyulmasına nail olmalıyıq. “Bu ölkədə vətəndaş müharibəsinin və qan tökülməsinin qarşısını alacaq siyasi proses zəruridir”.

Hər iki prezident beynəlxalq təşkilatlar və Kofi Annanla birlikdə Suriyadakı problemin həllinə çalışacaqlarını bildiriblər.
XS
SM
MD
LG