Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:44

İspaniya və İtaliya 1/4 finalda...


Xorvatiya millisinin baş məşqiçisi Slaven Bilic
Xorvatiya millisinin baş məşqiçisi Slaven Bilic
-

İyunun 18-də futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları keçirilib. C qrupunda keçirilən oyunlarda Xorvatiya - İspaniya, İtaliya - İrlandiya oynayıblar. Hər iki oyun Bakı vaxtıyla saat 23:45-də başlayıb.


XORVATİYA 0 - 1 İSPANİYA

Günün ən maraqlı oyunu hesab edilən Xorvatiya İspaniya oyunu olub. İlk 45 dəqiqə qarşılıqlı hücumlarla keçib, hesab açılmayıb.

Oyunun ikinci hissəsi daha çox qayda pozuntularıyla yadda qalıb.

Qarşılaşmada yeganə qolu 88-ci dəqiqədə İspaniya yığmasının yarımmüdafiəçisi Jesús Navas vurub. Oyunun son dəqiqələrində xorvatların müdafiəsində yaranan boşluqlardan istifadə edən Navas ona ötürülən topu zərbəylə qapıdan keçirə bilib.

Almaniyalı hakim Wolfgang Starkın idarə etdiyi oyunda Xorvatiya millisinin oyunçuları 6 sarı kart görüb.

İTALİYA 2 - 0 İRLANDİYA

İtaliya- İrlandiya matçı Poznan stadiyonunda baş tutub. Oyunu türkiyəli hakim Cüneyt Çakır idarə edib.
Oyunda daha çox favorit hesab edilən italiyanlar elə ilk dəqiqələrdən hücum oyunu nümayiş etdiriblər. 30 və 34-cü dəqiqələrdə italyanlar real qol imkanını dəyərləndirə bilməyib.

35-ci dəqiqədə Andrea Pirlonun küncdən ötürməsinən sonra Antonio Cassanonun başla vurduğu zərbə ilə hesab açılıb. 1-0

Birinci hissə bu hesabla bitib.

İkinci hissə italiyanların hücumlarıyla başlasa da sonradan irlandlar üstünlüyü ələ ala biliblər. Amma bu da öz faydasını verməyib.

Davamlı hücumlar edən italiyanlar 90-ci dəqiqədə ikinci dəfə fərqlənə biliblər. Bu dəfə Mario Balotellini komandasını irəli çıxarıb. Gərgin keçən oyunda 2-0 hesabıyla qalib gələn İtaliyanlar 3 xal qazana biliblər.

Beləliklə C qrupunda İspaniya 7, İtaliya 5 xal toplamaqla 1/4 finalda çıxıblar. 4 xal toplayan Xorvatiya qrup üçüncüsü olub. Hər üç oyunda məğlub olan İrlandiya isə çempionatı xalsız başa vurub.


Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG