Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oktay Qasımov və sabiq Baş nazir Pənah Hüseyn Türkiyənin 13-cü prezidenti Turgut Özal’ın ölümü barədə səslənən ehtimallar haqda danışırlar.

-
«Turgut Özal'ın sui-qəsd nəticəsində öldüyü təsdiqlənərsə, bu, Əbülfəz Elçibəyin ölümünə yenidən baxılmasına səbəb ola bilər».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında sabiq Baş nazir Pənah Hüseyn Türkiyənin 8-ci prezidenti Turgut Özal'ın ölümü barədə səslənən ehtimallar haqda danışarkən deyib:

«Turgut Özal o vaxtı Türk dövlətlər birliyinin yaradılmasını ortalığa atmışdı. Qarabağ müharibəsində Azərbaycana açıq hərbi dəstək verilməsi məsələsi gündəmdə idi. Türk birliyinin də böyük düşmənləri var. Ona görə də bu sui-qəsddə maraqlı olan adamlar ola bilərdi. O cümlədən, bəzi dövlətlərin daxilində gizli qüvvələr var və onlar da narazı olduqları dövlət başçılarını hakimiyyətdən uzaqlaşdırırlar. Turgut Özal məsələsində bu versiya çox güclüdür».

P.Hüseyn deyir ki, Əbülfəz Elçibəyin sürətlə xəstələnməsi və vəfatı onun ölümü barədə də şübhələnməyə əsas verir.

Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə deyir ki, Ə.Elçibəy 1999-cu ilin sonunda Azərbaycan cəmiyyətinin fəal kəsimini bir araya toplamışdı:

«O zaman belə görünürdü ki, bu cür davam edərsə, Elçibəyin hakimiyyətə qayıdışının qarşısı alınmaz olacaq. Bunu istəməyən ölkələr və qüvvələr vardı. Bu baxımdan, müəyyən əsaslar var. Lakin Elçibəyin ölümü ilə bağlı heç bir araşdırılma aparılmayıb. Yekun rəsmi sənəd yaxud rəy olmadıqca, konkret bir şey demək olmaz. Amma hər halda müəyyən şübhəli məqamlar var».

Verilişi tam olaraq buradan dinlə:


Şərhləri göstər

XS
SM
MD
LG