Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

Ombudsmanın 10 illik işinə verilən qiymət [Video]


İyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günüdür. 10 ildir ki, ölkədə ombudsman institutu yaradılıb. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova rəhbərlik etdiyi qurumun bu müddətdə gördüyü işlər barədə danışır:

10 İLDƏ GÖRÜLƏN İŞLƏRİN HESABATI

«Bütövlükdə ombudsman təşəbbüsü və fəaliyyətini nəzərə almaqla son 10 ildə ayrı-ayrı fərdlərin və qrupların hüquqları təmin olunub. Ən əsası, bu təşəbbüslər nəticəsində, hüquqi maarifləndirmə nəticəsində insan hüququ anlayışına belə münasibət dəyişilib. Müvəkkilin tövsiyəsi və iştirakı ilə müxtəlif istiqamətlərdə yeni proqramlar, strategiyalar, milli fəaliyyət proqramları qəbul edilib».

İyunun 18-də Ombudsmanların X Bakı beynəlxalq konfransında çıxış edən Elmira Süleymanovanın dediyinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki, ayrıca İnsan hüquqları günü elan olunub.

Maarifləndirmə işindən danışan ombudsman bildirib ki, ölkənin orta məktəblərində pilləli insan hüquqları tədris edilir –yuxarı sinif şagirdləri özlərindən aşağı siniflərə dərs deyirlər. BDU-da ilk dəfə olaraq bakalavr və magistr pillələrində bu sahə üzrə kadrlar hazırlanır və s.

QONDARMA QURUM?

2011-ci ilin dekabrında prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını təsdiq edib. Ombudsmana proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik etmək İqbal Ağazadə

İqbal Ağazadə

tövsiyə olunub.

Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat İqbal Ağazadə isə bütün bu sadalananların ombudsman fəaliyyəti üçün ciddi addımlar olduğunu düşünmür. O hesab edir ki, Azərbaycanda ümumiyyətlə ombudsman fəaliyyəti mövcud deyil. Ortada olan icra strukturlarının görüntü üçün yaratdıqları qondarma qurumdur:

«Bu, yalnız beynəlxalq təşkilatlara Azərbaycanda ombudsman institutunu sübut etmək üçün yaradılan qurumdur. Başqa heç bir halda Azərbaycanda ombudsman institutu yoxdur. Belə konfranslarda və hesabat dönəmlərində ombudsmanın sadaladığı işlər icra strukturu üçün lazım olan işlər və beynəlxalq aləmə göstəri üçün edilən imitasiyadır».

OMBUDSMANIN GENİŞLƏNƏN SƏLAHİYYƏTLƏRİ

Azərbaycanın insan hüquqları müvəkkilinin səlahiyyətləri bu institut yaranandan sonra da bir sıra qanunlara edilən dəyişikliklərlə xeyli genişləndirilib. Hazırda Ombudsman və Milli Preventiv Qrup üzvlərinin imkanı var ki, istənilən vaxt, əvvəlcədən xəbərdarlıq etmədən psixiatriya müəssisələrinə daxil olsunlar, orada saxlanılan şəxslərlə görüşsünlər. Eləcə də bu şəxslərin həmin yerdə saxlanılmasının qanuniliyini təsdiq edən, onlarla rəftara və onların saxlanma şəraitinə aid bütün sənədlərlə tanış olsunlar. Eyni imkan ombudsmana silahlı qüvvələrin qarnizon qauptvaxtalarına daxil olub orada saxlanılan şəxslərlə görüş üçün də Erkin Qədirli

Erkin Qədirli

yaradılıb.

Hüquqşünas Erkin Qədirli isə deyir ki, parlament müstəqil deyilsə, Ombudsmana nə qədər səlahiyyət verilsə də, insan hüquqlarının qorunması sahəsində heç bir prinsipial dəyişiklik olmayacaq:

ZƏİF PARLAMENTİN GÜCLÜ OMBUDSMANI OLA BİLMƏZ

«Ombudsman parlamentə bağlıdır və o, parlamentin gücündən qidalanır. Zəif parlamentin güclü ombudsmanı ola bilməz. Ona görə o vəzifəyə kim təyin edilsə, hansı səlahiyyətlər verilsə də, yenə də alınmayacaq. Bunun hamısı parlamentin ümumi siyasi fonda çəkisindən, konstitusiyadakı səlahiyyətindən, əhalinin gözündəki nüfuzundan asılıdır. Ona görə bizim ombudsmandan narazılıqlar haqlıdır. Amma mən bu narazılıqları daha doğru ünvana yönəldərdim ki, bu da parlamentdir».

Erkin Qədirli bütün mövcud təsisatların arasından ombudsmanı seçib ayrıca bir qınaq mənbəyinə çevirməyi nəinki faydasız, hətta ədalətsiz sayır. Deyir əsas hədəf parlamentdir.

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin səlahiyyət müddəti 7 ildir və qanunla bir şəxs bu posta yalnız 2 dəfə seçilə bilər. Elmira Süleymanova artıq ikinci müddətə ombudsman səlahiyyətlərini icra edir.

Şərhləri göstər

XS
SM
MD
LG