Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:06
Buna səbəb Türkmənistanın Xəzər dənizindəki «Kəpəz» yatağında seysmik işlər aparmasıdır.

Azərbaycan XİN-in açıqlamasında deyilir ki, 2008-ci ildə prezidentlər Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilat işləri həyata keçirməyəcəkləri haqda razılığa gəliblər.

Məlumatında qeyd edilir ki, iyunun 18-də Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Xarici İşlər nazirinin müavini Xələf Xələfovla görüşüb. Nazir müavini Türkmənistan tərəfinə razılaşmanın pozulması ilə bağlı qəti etiraz bildirib.

Görüşdə bildirilib ki, Türkmənistanın hüquqazidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarını müdafiə etmək hüququnu özündə saxlayır.

Türkmənistan səfirliyi hələlik Azərbaycan XİN-in açıqlamasına münasibət bildirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG