Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

Dağlıq Qarabağ danışıqlarının növbəti raundu keçirilib


Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri iyunun 18-də Parisdə görüşüblər.

Toplantıdan sonra yayılan bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, humanitar əlaqələrin daha da inkişaf etdirilməsi, atəşkəsin pozulması hallarının araşdırılması üçün mexanizm yaradılması, eləcə də tarixi və mədəni abidələrin qorunması müzakirə edilib.

Yayılan bəyanatda bildirilir ki, həmsədrlər son vaxtlar cəbhə xəttində baş verən insidentlərdən dərin narahatlıq bildiriblər, 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinə hörmət etməyin vacibliyini vurğulayıblar. Xarici işlər nazirləri münaqişənin dinc həllinə nail yönündə həmsədrlərlə birgə işləmək əzmində olduqlarını, danışılar mühitini yaxşılaşdırmaq üçün inam-yaradıcı tədbirlər həyata keçirməyə hazırlıqlarını bildiriblər.

Növbəti addım kimi Minsk Qrupu həmsədrləri gələn həftələrdə regiona səfər edəcəklərini bildiriblər.

Nazirlərlə görüşdə ATƏT-in Mİnsk qrupunun həmsədrləri ilə yanaşı ATƏT-in sədrinin şəxsi nümayəndəsi səfir Andrzej Kasprzyk də iştirak edib.

ABŞ Dövlət katibi Hillary Clinton bu görüşdə tərəflərə münaqişənin həllinə dair yeni yanaşmanın təklif olunacağını söyləmişdi.

Görüşdən əvvəl Dağlıq Qarabağdakı separatçı rejim ötən həftə Azərbaycan ordusu tərəfindən 1000 dəfə atəşkəsin pozulduğunu bildirib.

İyun ayının əvvəlindən atəşkəsin pozulması zamanı cəbhə xəttində hər iki tərəfdən 9 əsgər həlak olub. Azərbaycan Müdafiə nazirliyi bütün hallarda atəşkəs rejiminin ermənilər tərəfindən pozulduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG