Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:36

Yunanıstanın avrozonada qalmasını istəyənlər seçkidə qalib gəlib


Yunanıstanda bazar günü keçirilən parlament seçkilərində qalib gələn Yeni Demokratiya bloku koalisiya formalaşdırmaq üçün danışıqlara başlayıb.

Bu blok daha öncə Yunanıstanın imzaladığı borc öhdəliklərinə sadiq qalacağını bildirmişdi. Ancaq seçkidə 30 faiz səs yığan blokun hökumət qurmaq üçün digər partiyaların dəstəyinə ehtiyacı var. Seçkidə 3-cü yeri tutan sosialist PASOK partiyası digər solçu qrupların da hökumətdə yer alması halında koalisiyaya qatılmağa hazır olduğunu bəyan edib.

Yardım paketi qarşılığında sərt qənaət tədbirləri paketini qəbul etməyəcəyini bildirən və Yunanıstanın avro zonadan çıxmasını dəstəkləyən solçu Syriza bloku seçkidə 3 faiz az səs yığıb, 27 faizlə ikinci olub.

Seçkinin belə nəticələnməsindən sonra dünya birjalarında avro bir qədər bahalanıb, səhmlərin qiyməti artıb.
XS
SM
MD
LG