Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:46

ATƏT informasiya ilə bağlı qanunlara oluna dəyişikliklərdən narazıdır


ATƏT keçən həftə Azərbaycanda İnformasiya Əldə edilməsi haqqında qanuna edilən dəyişiklərdən narazıdır və bununla bağlı hökumətə birbaşa müraciət ünvanlayıb.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Mijatovich İrlandiyada, Dublində keçirilən İnternet Azadlığı Konfransında belə deyib. Onun sözlərinə görə, “Qanuna dəyişikliklər üçün ictimai müzakirə də keçirilmədi və bu düzgün yol deyil. Biz hakimiyyət nümayəndələri ilə işləyirik. Mən bu məsələni qaldırmışam Dəyişikliklər nə ATƏT-in, nə də ki digər beynəlxalq standartlara uyğun deyil və informasiya azadlığını məhdudlaşdırmaq deməkdir. Biz çalışırıq ki, bu nöqsanları düzəldək, amma mən hələ də hakimiyyətdən bir cavab ala bilməmişəm”.
XS
SM
MD
LG