Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:22

Nazir: «Tikinti sektorunda qayda-qanun bərpa olunub»


«Şəhərlərdəki hündürmərtəbəli binaların heç biri nəzarətsiz tikilmir. Layihələr ekspertizadan keçirilir və lisenziyalı şirkətlər tərəfindən tikinti işləri aparılır».

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib. O bildirib ki, tikinti sektorunda qayda-qanun bərpa olunub:

«Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra sektora nəzarət daha da gücləndirilib. Bəzən müəyyən binalara qanunsuz tikilən binalar deyirlər. Onların bəziləri nəzarətin güclü olmadığı dövrlərdə tikilib. Həmin binaların keyfiyyətinin öyrənilməsi üçün komissiyalar yaradılıb. Elə binalar var ki, inşa edən şəxslər burada yoxdur. O binaların dövlət qəbulu üçün komissiyalar işləyir. Heç kim bundan narahat olmasın».
XS
SM
MD
LG